Azərbaycanda 54 min uşaq müavinət almayıb


Ötən il Azərbaycanda 122 min 620 uşaq doğulub.
Yeniavaz.com
Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, il ərzində doğulan uşaqların 51,8%-i və yaxud 58 min 381-nə anadan olmasına görə birdəfəlik müavinət verilib.
Açıqlanan rəsmi rəqəmlərdən də göründüyü kimi, il ərzində doğulan uşaqların təxminən yarısına – 54 min 239 uşağa birdəfəlik müavinət verilməyib.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi statistikadan fərqli olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu ilin yanvar ayının 12-də açıqladığı məlumatda göstərilir ki, 2023-cü ilin 12 ayı ərzində 111 min 585 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Dövlət Statistika Komitəsinin açıqladığ məlumat ilə DSMF-nin məlumatı arasında kəskin fərq var.
Aşağıdakı cədvəldə son 8 ildə il ərzində doğulan uşaqların sayı, uşağın anadan olmasına görə birdəfəlik müavinət verilən uşaqların sayı və onların nisbəti qeyd olunub.

Məlumatlardan da göründüyü kimi, əvvəlki illərlə müqayisədə müavinət verilən uşaqların sayı azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top