“ABŞ Administrasiyası Ukrayna Silahlı Qüvvələrinin Rusiya kimi tanıdığı ərazilərə zərbə endirməsini dəstəkləmir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Fransanın xarici işlər naziri Stefan Sejourne ilə Parisdə görüşün yekunlarına dair birgə mətbuat konfransında deyib.
O, ABŞ-nin Kiyevin Rusiyanın neft emalı zavodlarına və yanacaq-energetika kompleksinin digər obyektlərinə hücumlarını doğru strateji yanaşma hesab edib-etməməsi ilə bağlı suala cavab verib.
“Ukraynada müharibənin başlamasının ilk günündən biz Ukraynanın Rusiyanın bu təcavüzündən müdafiə olunmasına kömək etmək üçün mümkün olan hər şeyi etməyi öz siyasətimiz hesab etmişik və edirik. Eyni zamanda, biz Ukraynanın öz ərazisindən kənarda endirdiyi zərbələri dəstəkləmirik və bəyənmirik”, - Blinken bildirib.
Xatırladaq ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, ABŞ Kiyevin Rusiya neftayırma zavodlarına və yanacaq-energetika kompleksinin digər obyektlərinə hücumlarından narazıdır.