
İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri İsrail ordusunun bombardmanları nəticəsində daha bir fələstinli jurnalist həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza hökumətinin media ofisindən məlumat verilib.
Beləliklə, Qəzzada həyatını itirən jurnalistlərin sayı 137-yə yüksəlib.
“Qəzza zolağına qarşı soyqırımın başladığı gündən bu yana jurnalist dostumuz Abdulvahab Avni Əbu Avnın ölümündən sonra 7 oktyabrdan bəri davam edən hücumlarda həyatını itirən jurnalistlərin sayı 137-yə çatdı”, - deyə məlumatda bidirilib.
Məlumata görə, o, fotojurnalist olub və İsrailin Qəzza zolağının mərkəzində yerləşən əl-Maqazi düşərgəsinə təşkil etdiyi bombardman zamanı həyatını itirib.