Türkiyədə bələdiyyə seçkiləri keçirilir


Türkiyənin cənub-şərqində saat 07:00-da (Bakı vaxtı ilə 08:00), digər bölgələrdə isə 08:00-da yerli seçkilərdə səsvermə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, cənub-şərqdəki əyalətlərdə səsvermənin daha tez başlaması Ramazan ayı ilə əlaqədardır və 81 əyalətdən 32-sini əhatə edir.
Bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Ölkədə böyük şəhər bələdiyyə sədrləri, bələdiyyə sədrləri və digər yerli idarəetmə orqanlarına rəhbərlər seçilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda ölkədə 61,4 milyon seçici var.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.
Səsvermənin daha əvvəl başladığı əyalətlərdə sandıqlar 16:00-da, qalan əyalətlərdə isə 17:00-da bağlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top