Zelenski müşavirini və dostunu işdən azad etdi


Ukrayna Prezidenti Volodimir Zelenski birinci köməkçisi Sergey Şefiri işdən azaf edib.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna lideri bu barədə fərman imzalayıb. Müvafiq fərmandövlət başçısının saytında dərc olunub.
“Şefir Sergey Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - fərmanda bildirilib.
Sergey Şefir 2019-cu ilin mayından Ukrayna Prezidentinin köməkçisi vəzifəsini icra edib. O, dövlət başçısının gündəlik iş qrafikinə cavabdeh olub.
Şefir həm də Zelenskinin köhnə dostu hesab olunur. KİV-in məlumatına görə, Şefir siyasətə gəlməzdən əvvəl Zelenski ilə televiziya layihələrində işləyib. “Studio Kvartal-95”in direktoru və təsisçisidir.
Zelenski həmçinin Oleq Ustenko, Mixail Radutski və Sergey Trofimovu prezidentin ştatdankənar müşaviri, Alena Verbitskayanı isə müşaviri və səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edib. Natalya Puşkareva isə Prezidentin Könüllülərin Fəaliyyəti üzrə Müvəkkili vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Zelenski prezident aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprovu vəzifələrindən azad edib. Onların yerinə Yelena Kovalskaya və İrina Mudraya təyin edilib.
Kadr dəyişikliyinin səbəbləri barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top