Britaniya ordusunda 100 illik qadağa ləğv edildi


Britaniya ordusunda bir əsrlik qadağa ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “Teleqraf” qəzeti məlumat yayıb.
Məlumata görə, Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kral III Çarlz Britaniya hərbçilərinə saqqal saxlamağa icazə verən fərman imzalayıb.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps qadağanın ləğvinin orduya yeni çağırışçıların cəlb olunmasına kömək edəcəyini bildirib.
Fərman 2024-cü il martın 29-da qüvvəyə minib və həm zabitlərə, həm də sıravi əsgərlərə şamil edilib.
Qeyd edək ki, Danimarka, Almaniya və Belçika kimi bir neçə Avropa ölkəsinin ordusu da əsgərlərə saqqal saxlamağa icazə verir.

DİGƏR XƏBƏRLƏR

Top