“Tehran və Bakı əlaqələrində daha çox hərəkətlilik istiqamətində yaxşı razılaşmalar əldə olunub, Azərbaycanın Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRNA-nın ölkənin Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəsi deyib.
Mənbə bildirib ki, iki ölkə rəsmilərinin diplomatik və rəsmi görüşləri gündəmdədir:
“İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvinin missiyası başa çatıb. Mövcud razılaşmalar çərçivəsində ölkəmizin yeni səfiri Bakıya göndəriləcək”.