![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/3/26/1/baa9562d-128a-4306-b1da-25e34f9f4b50/crocus-city-hall-yeni1.jpg)
“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Fəlakətlər üzrə Tibb Mərkəzi məlumat yayıb.
“Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. Onların əksəriyyətinə, 217 nəfərə ambulator yardım göstərilib. 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96-sı artıq evə buraxılıb”, - məlumatda bildirilib.