Bişkekdə fövqəladə vəziyyət rejimi elan edildi – Video


Qırğızıstanın paytaxtı Bişkek şəhərində küləyin sürəti 26 m/s-ə çatan güclü küləklə əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Aybek Junuşəliyev göstəriş verib.
Bildirilir ki, şəhərdə, rayon və bələdiyyə orqanları ərazilərə baxış keçirmək və təbii fəlakətin nəticələrini müəyyən etmək üçün mobil qruplar təşkil ediblər.
Sosial şəbəkə istifadəçiləri şəhərdə dəyən ziyanı əks etdirən çoxsaylı foto və videolar paylaşıb.
24.kg xəbər verir ki, Kiyev küçəsində damın parçası yeniyetmənin üzərinə düşüb. Başqa bir məlumata görə, 41 yaşlı qadın avtomobilinin üzərinə ağac aşması nəticəsində xəsarət alıb. O, qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top