Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.
Qeyd olunub ki, qərar 29 mart 2024-cü ildən qüvvəyə minir.