Çində məhkəmə Çin Futbol Assosiasiyasının keçmiş sədri Çen Syuyanı rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Hubey əyalətinin Huanşi şəhərinin Xalq Məhkəməsinə istinadən məlumat yayıb.
Çen Syuyan siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib. Rüşvətxorluqdan əldə edilən qanunsuz gəlirlər qanunvericiliyə uyğun olaraq dövlət xəzinəsinə köçürülüb.
Çen Syuyan 2010-2023-cü illərdə Şanxay Beynəlxalq Limanında və Çin Futbol Assosiasiyasında müxtəlif rəhbər vəzifələrdə işləyərkən 81 milyon yuandan (11 milyon dollardan) çox rüşvət alıb.
Qeyd edək ki, Çinin Hubey əyalətinin başqa bir məhkəməsinin qərarı ilə ölkənin atletika assosiasiyasının sabiq rəhbəri Yu Honçen rüşvətə görə 13 il müddətinə azadlıqdan məhrum edilib.