Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN-in “Crocus City Hall”dakı terror aktından sonra məhbusların işgəncə izləri ilə bağlı sualını cavablandırmayıb.
Yeniavaz.com xəbər verir ki, CNN jurnalisti qeyd edib ki, şübhəlilərin həbs olunduğu məhkəmədən çəkilmiş videoda onların “zorakılıq əlamətləri” olduğunu göstərir.
“Bu sualı cavabsız qoyuram”, – Peskov jurnalistə cavabında bildirib.
Qeyd edək ki, bir gün əvvəl Basmannı rayon məhkəməsi “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən dörd nəfəri iki ay müddətinə həbs edib. Məhkəmədən çəkilən foto və videolarda onların döyüldüyü görünür. Birinin boynunda paket parçaları, digərinin qulağında sarğı, digəri isə məhkəmə zalına xərəkdə kateter ilə gətirilib. Teleqram kanalları onun həbsi zamanı gözünün oyulduğunu bildiriblər. O, məhkəmə prosesində gözlərini yumaraq oturub və zalda baş verənlərə heç bir reaksiya verməyib.
Xatırladaq ki, terror aktından bir gün sonra teleqram kanallarda şübhəlilərin saxlanılma anı zorakılığa məruz qaldığını iddia edən videolar paylaşılıb.