“Crocus”da baş verən terrordan sonra 97 nəfər xəstəxana qalır

moskvadakı terrorda ölənlərin sayı artır  – video
“Crocus City Hall”da törədilən terror aktı nəticəsində yaralanan 97 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva vilayətinin sosial inkişaf naziri Lyudmila Bolataeva məlumat verib.
“Bu gün xəstəxanalarda, stasionar şöbələrdə 97 nəfər var. Bunlar Moskva vilayətinin, Moskvanın və federal mərkəzlərin xəstəxanalarıdır. Onların vəziyəti müxtəlif ağırlıq dərəcəsindədir”, - Boltaeva deyib.
Nazir əlavə edib ki, “Kubik” biznes mərkəzində yerləşən və terror aktından sonra fəaliyyətə başlayan Yardım Mərkəzi iki gün ərzində 1,7 mindən çox zəng qəbul edib, 220 ziyarət qeydə alınıb.
Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində Rusiyanın payraxtı Moskvada yerləşən “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar. İstintaq Komitəsinin son məlumatlarına görə, 133 nəfər hücumun qurbanı olub, 152 nəfər yaralanıb. Hücumla bağlı, dördü birbaşa iştirakçısı olmaqla, 11 şübhəli saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top