Moskvada törədilən terror aktı nəticəsində yaralananların sayı 150-ni keçdi


“Crocus City Hall”da törədilən terror aktı nəticəsində yaralananların sayı 152-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə qərargahının yenilənmiş məlumatlarında bildirilir.
“Terror aktı nəticəsində 285 nəfər (o cümlədən 8 uşaq) yaralanıb, onlardan 133 nəfər (o cümlədən 3 uşaq) həlak olub”, - məlumatda deyilir.
Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin yaralandığını bildirmişdi.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində dağıntıların təmizlənməsini davam etdirir.
Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar.

DİGƏR XƏBƏRLƏR

Top