Bu gün saat 18:00-da “Neftçi” futbol klubu ilə Rusiyanın “Spartak” futbol klubu arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Neftçi" klubu açıqlama yayıb.
Bildirilir ki, oyun Rusiya klubunun xahişi ilə ləğv olunub: "Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır. “Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk".
Klubdan həmçinin bildirilir ki, oyun üçün alınmış biletlər qaytarılacaq.