Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktında şübhəli bilinən 4 nəfərin kim olduğu məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı açıqlayıb.
Kanalın yaydığı məlumatda bildirilir ki, terror aktını törətməkdə şübhəli bilinənlər Tacikistan vətəndaşları olan 51 yaşlı İsmonov Rivojidin, 37 yaşlı Nəsridinov Məhmədrəsul, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.
Məlumat üçün bildirək ki, axşam saatlarında azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzinə silahlı şəxslər tərəfindən hücum edilib və bu hücum zamanı binada güclü yanğın baş verib. Rəsmi məlumatlara görə törədilən terror aktı nəticəsində 60-dan çox insan ölüb.