Ermənistanda polis hazırkı hökuməti və Baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifət xadimi, “İmnemimi” verilişinin həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanı saxlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Samsonyanın vəkili Ruben Melikyan məlumat verib.
Vəkilin məlumatına görə, müxalifətçi xuliqanlıq ittihamı ilə saxlanılıb. Vəkilin izah etdiyi kimi, istintaq bu ittihamla Samsonyan və Saqatelyanın “YouTube” platformasındakı verilişlərində istifadə etdikləri leksikonu nəzərdə tutur.
Yerli sosial şəbəkələrdə təhlükəsizlik qüvvələrinin bu müxalifət nümayəndələrini saxlaması ilə bağlı videogörüntülər yayılıb.