Amerikanın “Biofire” şirkəti martın sonunda ABŞ-da ilk “ağıllı tapançaların” satışıtna başlayacaq.
Yeniavaz.com “NBC News” telekanalına istinadla xəbər verir ki, bu tapanşalardan ancaq istifadəçinin icazəsindən sonra istifadə etmək mümkün olacaq.
Cihaz üz və barmaq izinin tanınması texnologiyaları ilə təchiz olunacaq. İnvestorlar ayın sonunda ilk “ağıllı tapanşalarla” tanış ola biləcəklər. Növbəti aylarda isə minlərlə “Biofire” müştərisi bu silahları ala biləcək.
Tapançadan beş nəfərə qədər istifadi istifadə edə biləcək. İstifadəçilərin üzləri və əlləri örtülü olduqda, biometrik texnologiya işləməyəcək.
Şirkətin baş direktoru və təsisçisi Kay Klopferin sözlərinə görə, 9 mm-lik tapança adi qiymətdən 2 dəfə baha - 1499 dollara başa gələcək. Yeni texnologiya silahların uşaqların və cinayətkarların əlinə keçməsinin qarşısını almağa kömək edəcək.