Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 500 baza bəndi - 45%-dən 50%-ə qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə tənzimləyicinin saytında dərc olunan pul siyasəti şurasının iclasının yekunlarına dair hesabatda deyilir.
“Pul Siyasəti Şurası uçot dərəcəsini, həftəlik repo hərrac dərəcəsini 45%-dən 50%-ə qaldırmaq qərarına gəlib”, - Mərkəzi Bankın açıqlamasında deyilir.
Bildirilir ki, buna səbəb fevral ayında aylıq inflyasiyanın əsas tendensiyasının gözləniləndən yüksək olduğudur.
Qeyd edək ki, nisbətin 50%-ə yüksəlməsi 2000-ci illərin əvvəllərindən rekord həddə çatıb. 2000-2001-ci illərdəki kəskin iqtisadi böhran zamanı Türkiyədə bu göstərici 300%-ə çatıb və yalnız 2003-cü ildə 50%-dən aşağı düşməyə başlayıb.