“Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla bağlı casusluq edir” – Zaxarova


“Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası ölkəmizə, İrana, Azərbaycana qarşı casusluq edir. Bunun da faktiki təsdiqi var. Bu cür destruktiv fəaliyyət regionda gərginliyin artmasına gətirib çıxarır və hətta geri dönməz nəticələrə gətirib çıxara bilər”.
Zaxarova deyib ki, Bakı ilə İrəvan arasında münasibətlərin həlli resepti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sazişlərə əməl etməkdir:
“Bu üçtərəfli sazişlərin unikallığı ondan ibarətdir ki, onlar hərtərəfli xarakter daşıyır və bütün ölkələrin maraqlarını nəzərə alan kompleks kompromis həlləri ehtiva edir. Qərb üçtərəfli sazişlərin naticələrinə ona görə laqeyd yanaşır ki, onun regionun gələcəyinə öz baxışları var”.
Qeyd edək ki, 100-dən çox Aİ missiyası müşahidəçisi 2023-cü ilin fevralında Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul xidmətinə başlayıb. Həmin il dekabrın 11-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel müşahidəçilərin sayının 138-dən 209-a çatdırılması qərarını açıqlayıb.
Xatırladaq ki, bu gün Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

DİGƏR XƏBƏRLƏR

Top