İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində və İordaniya vadisində gecə keçirilən antiterror reydləri zamanı terrorda şübhəli bilinən 34 nəfəri saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanların hamısı və onlardan götürülən silahlar əlavə araşdırma aparılması üçün təhlükəsizlik orqanlarına təhvil verilib.
Qeyd edilib ki, əməliyyatlar zamanı İsrail tərəfdən verilən itkilər barədə məlumat yoxdur.
Ordunun mətbuat xidmətinin məlumatına görə, ümumilikdə oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və İordaniya vadisində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 3,5 minə yaxın adam saxlanılıb. Onlardan 1,5 mindən çoxu HƏMAS ilə əlaqədə şübhəli bilinir.