Aİ missiyası Azərbaycanla sərhəddə qalacaq – Ermənistan parlamenti təsdiqlədi


Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
“57 deputat qərarın lehinə səs verib. Heç kim əleyhinə səs verməyib, 27 deputat bitərəf qalıb. Qərar qəbul edilib”, - deyə parlament sədrinin müavini Ruben Rubinyan bildirib.
Qeyd olunub ki, müxalifətin “Ermənistan” fraksiyasının bəzi deputatları bitərəf qalıb, müxalifətin “Mənim namusum var” fraksiyası isə səsvermədə iştirak etməyib.

DİGƏR XƏBƏRLƏR

Top