Son 2 ayda ölkənin quru sərhədlərindən 195 min nəfər keçib – Rəsmi


Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə 296,5 min nəfər Azərbaycan vətəndaşı gedib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 36% artıb.
Qeyd edək ki, xaricə gedən azərbaycanlıların 37,9%-i (112,4 min nəfər) Türkiyəyə, 21,9%-i (65 min nəfər) Rusiyaya, 9,7%-i (28,8 min nəfər) Gürcüstana, 8,5%-i (25,2 min nəfər) İrana, 22%-i isə (65,2 min nəfər) digər ölkələrə səfər edib. Gedənlərin 68,2%-ini kişilər, 31,8%-ini qadınlar təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən çox artım İrana gedənlərin sayında qeydə alınıb. Belə ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 38,5% artıb.
2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30%-i və ya 89 min nəfər ölkəni quru yolla tərk edib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycana gələn əcnəbilərin də 31%-i və ya 106 min nəfəri ölkəyə quru yolla daxil olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top