“Delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoydu” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyasının praktiki mərhələsinin başladığını elan edib.
Yeniavaz.com
Ermənistanın İctimai Televiziyasına istinadla xəbər verir ki, Paşinyan bu barədə Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə səfəri zamanı danışıb.
“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoydu. Bu, o deməkdir ki, Ermənistan sərhədinin əslində harada yerləşdiyini dəqiqləşdirmək lazımdır”, - Paşinyan bildirib.
O qeyd edib ki, bu hərəkətlər nəticəsində xüsusi komissiyalar Ermənistanın haradan başlayacağına qərar verməli və bu da ölkənin dövlət sərhədi olmalıdır.
Qeyd edək ki, martın 7-də iki ölkə baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyalarının növbəti, yeddinci iclası keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top