Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ərdoğan telefon danışığında Putini prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Mətbuat xidmətinin məlumatına görə, Ərdoğan telefon danışığında Rusiyalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişafı, eləcə də Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə edib.
“Söhbət zamanı çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə gələcəkdə də sıx qarşılıqlı fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub”, - məlumatda bildirilib.
Rusiya və Türkiyə liderləri həmçinin Qara dəniz regionu da daxil olmaqla beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər.
Digər tərəfdən, Ərdoğan Putinə Ukrayna ətrafındakı böhranın həlli üçün istənilən vasitəçilik roluna hazır olduğunu bildirib.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı müxtəlif formatlarda dialoqun davam etdirilməsi də razılaşdırılıb.