Ötən axşam – martın 17-də Türkiyə Superliqasının iki nəhəngi, “Fənərbağça” ilə “Trabzonspor” qarşı-qarşıya gəlib.
Yeniavaz.com xəbər verir ki, “Bordo mavililər”in meydançasında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:3.
Lakin matçdan sonra baş verənlər, futbolu unutdurub. Belə ki, azarkeşlər final fiti ilə birlikdə stadionda qələbəni qeyd etməyə başlayan fənərbağçalı futbolçulara hücum ediblər. Daha sonra isə izdiham böyüyüb və futbolçular təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə paltardəyişmə otağına getməli olublar.
Həmin anların kadrlarını təqdim edirik: