“Sülh müqaviləsinin bəzi bəndləri üzrə irəliləyişə nail ola bilmişik” – Mirzoyan


“Biz sülh müqaviləsinin bəzi bəndləri üzrə irəliləyişə nail ola bilmişik”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu martın 15-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının iclasında deyib.
Ermənistanın XİN rəhbəri Ermənistan və Azərbaycanın 1991-ci ildə iki ölkə arasında sərhəd xəttinin demarkasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi qəbul edilməsi barədə razılaşmaya yaxın olduqlarını bildirib.
“Hazırda bu məsələdə qarşılıqlı anlaşma, məsələn, bir ay əvvəlkindən çoxdur. Təəssüratlarıma görə, biz bu məsələdə qarşılıqlı razılaşma əldə etməyə çox yaxınıq”, - Mirzoyan deyib.

DİGƏR XƏBƏRLƏR

Top