Bu ilin yanvar ayında marketlərdə satılan zeytun yağının 1 kiloqramının orta satış qiyməti 16 manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə zeytun yağının qiyməti 1 manat 5 qəpik və ya 7% bahalaşıb.
Qeyd edək ki, bahalaşma həm yerli istehsal olan zeytun yağlarının, həm də xaricdən idxal edilən zeytun yağlarının qiymətində müşahidə edilib.
Yerli istehsal olan zeytun yağlarının 1 kq-nın orta qiyməti son bir ildə 13 manat 65 qəpikdən 14 manat 87 qəpiyə, xaricdən gətirilən zeytun yağlarının 1 kq-nın orta qiyməti isə son bir ildə 16 manat 61 qəpikdən 17 manat 63 qəpiyə yüksəlib.
Elnur Əli