Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov bir müddət əvvəl təqaüdə göndərilib.
Həmçinin Vilayət Eyvazovun müvafiq əmrləri ilə Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin, Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.