İranda çərşənbələr zamanı 26 nəfər ölüb


İranda ilaxır çərşənbələri ərəfəsində 26 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, daha 4 min 360 nəfər yaralanıb.
Fvqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, bayram günlərində 1,4 minə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib. Son sutka ərzində təkcə paytaxt Tehranda yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 nəfər ölüb.
Bildirilib ki, vətəndaşlar, əsasən, yanğının üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alırlar.
Hər il İranın yeni ili ərəfəsində sonuncu çərşənbədə - Novruz martın 21-də İslam Respublikasında ən qədim bayramlardan biri olan Çaharşanbe-Suri və ya “Qırmızı çərşənbə” qeyd olunur. Milyonlarla iranlı şəhər və kəndlərin küçələrinə çıxaraq tonqal yandırır, bütün gecə onun üstündən tullanırlar.

DİGƏR XƏBƏRLƏR

Top