Fevral ayında ərzaq məhsulları ucuzlaşıb – Statistika Komitəsi


Bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin fevral ayına nisbətən 0,8% artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, qida məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 0,3% aşağı düşüb. Qeyri-qida məhsulları üzrə 1,4%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 2,3% artım olub.
2024-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri ötən ilin yanvar-fevral aylarına nisbətən 1,3% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top