“Ukraynanın öz ərazisində xarici hərbçilərə ehtiyacı yoxdur” – Zelenski


“Ukraynanın öz ərazisində xarici hərbçilərə ehtiyacı yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın BFMTV telekanalına müsahibəsində deyib
Telekanalın Fransa Prezidenti Emmanuel Makronun Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü ilə bağlı sözlərini şərh etmək istəyinə cavab olaraq, Zelenski Ukraynanın öz ərazisində xarici qoşunlara ehtiyacı olmadığını deyib.
Eyni zamanda, o, “Leopard” tanklarının və “CAESAR” özüyeriyən haubitsalarının təmir üçün Avropaya göndərildiyini əsas gətirərək, Qərb texnikasına xidmət üçün texniki heyət göndərmək barədə düşünməyi təklif edib.
Qeyd edək ki, fevralın 26-da Parisdə Kiyevə əlavə dəstək mövzusunda keçirilən görüşdə Makron Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusunu qaldırıb. Onun sözlərinə görə, müzakirə iştirakçıları bu məsələ ilə bağlı konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Makron, eyni zamanda, daha sonra əlavə edib ki, bir şeyi istisna etməmək onu etmək demək deyil.

DİGƏR XƏBƏRLƏR

Top