Toplum TV-nin iki əməkdaşının ev dustaqlığına buraxıldığı bildirilir


Toplum TV əməkdaşları Fərid İsmayılov və Elmir Abbasov barəsində məhkəmə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərin həmkarları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd olunur ki, hər iki jurnalist barəsində ev dustaqlığı qərarı verilib.
Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.
Əməliyyatlarla Akif Qurbanov, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov saxlanılıb, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.
Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.
Bir müddət əvvəl Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top