Zakir Həsənov Selçuk Bayraktarla görüşdü – Yenilənib


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
“Sonda tərəflər arasında birgə təkmilləşdirmə, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb”.

***16:10
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında müqavilə imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin rəsmi sosial şəbəkə hesablarında məlumat və fotolar dərc olunub.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi” imzaladıq.
Müqavilənin faydalı olacağını ümid edirik”, - məlumatda deyilir.



DİGƏR XƏBƏRLƏR

Top