Böyük Britaniyanın Müdafiə Nazirliyi 2012-ci ildən bəri hərbi texnikanın alınması və saxlanılması üçün təxminən 17 milyard funt sterlinq (22 milyard dollar) həcmində ən böyük büdcə kəsiri ilə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Parlamentinin İcmalar Palatasının Büdcə Xərclərinə Nəzarət Komitəsinin hesabatında bildirilib.
2012-ci ildən Böyük Britaniyanın Müdafiə Nazirliyi hər il hərbi texnikanın alınması və saxlanması üçün büdcə ayırma planı tərtib edir.
Parlamentin saytında dərc olunan yeni hesabata görə, Müdafiə Nazirliyi növbəti 10 il ərzində cari plan üçün 288,6 milyard funt sterlinq maliyyə ayırıb. Bununla belə, proqnozlaşdırılan xərclər 65,7 milyard funt sterlinq artaraq, 305,5 milyard funt-sterlinqə yüksəlib və nəticədə, 16,9 milyard funt-sterlinqlik kəsirə səbəb olub.
Komitə artan kəsirin səbəblərindən biri kimi inflyasiya və əlverişsiz valyuta məzənnəsinin dəyişməsini göstərib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında da “Financial Times” Böyük Britaniyanın yeni silah və texnika üçün rekord büdcə kəsiri haqqında yazmışdı.