Hər gün 2,2 mindən çox kiberhücum həyata keçirilir – BMT


Dünyada hər gün 2,2 mindən çox kiberhücum baş verir və onların sayı hər il 80 faiz artır.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatları Cenevrədə keçirilən brifinqdə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin təqdim edib.
“Hər gün 2200-dən çox kiberhücumun olduğu bir dünyada özümüzü getdikcə daha az təhlükəsiz hiss edirik” - deyən baş katib BTİ-nin bu sahədə ölkələrə dəstəyini artırdığını vurğulayıb.
Qeyd edək ki, BTİ baş ofisi Cenevrədə yerləşən BMT-nin İKT sahəsində ixtisaslaşmış qurumudur. 1865-ci ildə əsası qoyulan BTİ qlobal radio spektrini və peyk orbitlərini idarə edir, şəbəkənin qarşılıqlı işləməsi üçün texniki standartlar hazırlayır və bütün dünyada İKT-yə çıxışı təşviq edir. Birliyin üzvləri 193 dövlət, o cümlədən 900-ə yaxın şirkət, universitet, beynəlxalq və regional təşkilatlardır.

DİGƏR XƏBƏRLƏR

Top