Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi “Ümumerməni Cəbhəsi” hərəkatı tezliklə partiyaya çevriləcəyini bəyan edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Məlumata görə, yeni partiya da hərəkatın adını daşıyacaq.
Qəzetin məlumatına görə, təsis qurultayı aprelin 5-də saat 18:00-da “Armenia Marriott” otelinin “Tiqran Mets” zalında baş tutacaq.
“Ümumerməni Cəbhəsi” partiyasının yaradılmasına səbəb Ermənistan ictimaiyyətinin hərəkata marağının hər gün artması, hərəkatın siyasi mübarizə mərhələsinə qədəm qoymağa hazır olması, həmçinin, hərəkatı dəstəkləyən minlərlə vətəndaşın partiya təklifləri ilə çıxış etməsidir.