İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə daha bir hərbçisini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) kinoloji bölməsində xidmət edən 21 yaşlı baş serjant Devid Sasson Qəzza zolağının cənubunda döyüş zamanı həlak olub.
Bu Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail hərbçilərinin 247-ci ölümü olub. Beləliklə, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi zamanı ölən İsrail hərbçilərinin sayı 587 nəfər təşkil edib.
Son 24 saat ərzində daha 12 İsrail hərbçisi isə müxtəlif dərəcəli xəsarətlər alıb.