Şahmat üzrə 13-cü dünya çempionu Qarri Kasparov ekstremistlər və terrorçular siyahısına əlavə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rosfinmonitorinq məlumat yayıb.
Qeyd edilir ki, 2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovun və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib. Əlamətlər onlar tərəfindən Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşları üçün vəsait toplamaq üçün hərrac keçirdikdən sonra aşkar edilib. Onları 5 ilə qədər həbs cəzası gözləyə bilər.