Mövlam Şıxəliyevin həyat yoldaşının və qızının şikayəti qəbul edilmədi


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.

Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət edib.
Şıxəliyevin həyat yoldaşı Aybəniz Şixəliyeva, oğlu Elgün Şixəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar. Onların hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovun sözlərinə görə, müvəkkili haqda apellyasiya instansiyasının qərarından kassasiya şikayəti verilib. Hazırda iş Ali Məhkəmənin icraatındadır:
“Yüksək instansiya məhkəməsinin yekun qərarı olmadan əmlakın hərraca çıxarılması  qanunsuzdur. Belə olan halda Ali Məhkəmənin qərarının nəticəsi sual altına düşür”,- deyə vəkil Yusifov əlavə edib.
Hakimlər eyni gündə A.Şıxəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olub. Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb.
E.Şıxəliyevin şikayətinə isə bu gün baxılacaq. 
Qeyd edək ki, Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top