“2025-ci ildə keçiriləcək seçkilərdə iştirakla bağlı hələ qərar verməmişəm”


“2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı hələ tam qərar verməmişəm”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Qadınlar İttifaqının nümayəndələri ilə görüşü zamanı bildirib.
“Orada bir nəfər sual verdi: “Seçkiyə gedəcəksiniz?” Mən axıra qədər qulaq asmadım və dedim: “Gedəcəyəm, gedəcəyəm”. Bu o demək deyil ki, mən artıq seçkiyə getməkdə qərar vermişəm, sadəcə onlara demək istədim: “Bəli, gedəcəm. Sakitləşin”, - Lukaşenko izah etdi.
Onun sözlərinə görə, hər şey ölkənin bu seçkilərə nə ilə gedəcəyindən asılı olacaq:
“Bəs birdən bizim etibar edə biləcəyimiz bir şəxs peyda olarsa. Hər şey ola bilər. Buna görə də biz ÜmumBelarus Xalq Assambleyasını yaratdıq. Bu, Lukaşenko üçün deyil. Mən artıq bu işdən çox doymuşam. Qulaq asın, bu, çox ağır işdir”.
Lukaşenkonun sözlərinə görə, o, əbədi olmayacaq və nə vaxtsa Belarusda yeni prezident olacaq:
“Mənim sizdən başqa həyatım yoxdur. Ancaq siz başa düşməlisiniz: mən əbədi deyiləm, siz yeni prezidentin dövründə yaşayacaqsınız”.
Eyni zamanda o, Belarus üçün prezidentin nə olduğunu başa düşdüyünü və indiyədək kriteriyalara cavab verdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top