“Ağ Ev Qəzzadakı vəziyyətlə bağlı israilli naziri sərt şəkildə tənqid edib” – KİV


“İsrailin Müharibə Nazirləri Kabinetinin üzvü Benni Qantz Vaşinqtona səfəri zamanı Ağ Evdə yüksək vəzifəli məmurlar tərəfindən sərt şəkildə tənqid edilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris və Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Qəzza zolağındakı humanitar vəziyyət və İsrailin hərbi strategiyası ilə bağlı Qantza çətin suallar veriblər.
İsrail rəsmisi deyib ki, nazir İsrailin çox çətin vəziyyətdə olduğunu anlayıb, çünki Birləşmiş Ştatlar onu Qəzzada baş verən humanitar böhrana görə günahlandırır.
Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmiləri Qantza ciddi təzyiq göstərərək, İsrailin anklava daha çox humanitar yardım çatdırmaq üçün tezliklə həll yolu tapmaq öhdəliyi olduğunu bildirib.
Bundan əlavə, rəsmilər bildiriblər ki, Qantz “Rəfah” əməliyyatına gəldikdə ABŞ və İsrail mövqelərinin bir-birindən nə qədər uzaq olmasından təəccüblənib. Xüsusilə Harris və Sallivan İsrail ordusunun Qəzzanın cənubunda sığınan bir milyondan çox fələstinli mülki vətəndaşı hara köçürmək niyyətində olduğunu soruşublar. Nazir İsrailin mülki əhalini evakuasiya etmədən hərbi əməliyyata başlamayacağını iddia edib, lakin o, Vaşinqtonun İsrailin Baş naziri Benyamin Netanyahudan gəlsə belə, belə təminatlara inanmadığına əmin olub.

DİGƏR XƏBƏRLƏR

Top