AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yeniavaz.com komitənin rəsmi saytına istinadla xəbər verir ki, iclasda “Neftçi” və “Qarabağ” klubları Azərbaycan Futbol Federasiyası Assosiyası (AFFA) tərəfindən cəzalandırılıb.
Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” - “Qarabağ”la oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “ağ-qaralar” 700 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimə edilib.
Matçın 63-cü dəqiqəsində azarkeşlər tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün “Neftçi” klubu 1000 manat cərimə edilib.
Eyni zamanda matçdan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “köhlən atlar” 1000 manat cərimə olunub.