Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, müzakirə Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutan görüş zamanı olub.
“Gündəlikdə bir çox məsələlər var, ikitərəfli əməkdaşlıqdan əlavə, regional məsələləri də müzakirə etdik. Qafqazda (Ermənistan və Azərbaycan arasında – red.) sülh prosesini müzakirə etmək imkanımız oldu, Qara dənizin təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif kanallar vasitəsilə həyata keçirilən prosesləri də müzakirə etdik. Suriyaya gəlincə, bir sıra məsələləri də müzakirə etmək lazımdır, bu, daha çox vaxt tələb edir, lakin biz bu mövzunu müzakirə edə bildik, bu mövzuya daha çox vaxt ayırmağa razılaşdıq”, - deyə Fidan diplomatik görüşlərin yekunlarına dair mətbuat konfransında bildirib.