“Ukraynada atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb” – Hakan Fidan


“Rusiya və Ukrayna nəticə əldə etmək üçün hərbi imkanlarının həddinə çatıb və indi dinc dialoq lazımdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Formunda deyib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb”, - o deyib.
Fidan əlavə edib ki, o, Türkiyənin işğal olunmuş əraziləri tanınmasından danışmır:
“Amma indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb”.

DİGƏR XƏBƏRLƏR

Top