Amerikanın C-130 “Hercules” hərbi-nəqliyyat təyyarəsi Qəzza zolağına ilk humanitar yardımın çatdırılmasını həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, 35 mindən çox yemək hava yolu ilə çatdırılıb. Təyyarədə su və dərman olmayıb.
Qeyd edək ki, martın 1-də ABŞ Prezidenti Co Bayden Fələstin anklavına humanitar yardımın hava yolu ilə göndərilməsi, eləcə də dəniz yolu ilə mümkün çatdırılması qərarını açıqlayıb. O, yardımların Qəzzaya kifayət qədər tez gəlmədiyini və Vaşinqtonun daha çox yardıma imkan verəcək atəşkəsə vasitəçilik etməyə çalışdığını bildirib.