“Rusiya tərəfi İrəvanın Moskva ilə münasibətlərin pisləşməsi istiqamətində siyasət yürütmək üçün şüurlu qərar verməsindən təəssüflənir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.
“Biz təəssüf edirik ki, Ermənistan rəhbərliyi, görünür, ardıcıl olaraq Rusiya Federasiyası ilə münasibətləri pisləşdirmək, Qarabağla bağlı bütün baş verənlərə görə Rusiyanı günahlandırmaq siyasəti yürütmək üçün şüurlu qərar verib”, - nazir bildirib.
Lavrov qeyd edib ki, bu müttəfiqlik siyasəti deyil.