Qəzzada münaqişə qurbanlarının sayı 30,3 mini keçdi


2023-cü ilin oktyabrında gərginliyin kəskin artması başlayandan bəri İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 30,3 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi yayıb.
Nazirliyin verdiyi məlumata görə, Qəzzada İsrail təcavüzünün qurbanlarının sayı 30 320 nəfər olub, daha 71 533 nəfər yaralanıb.
Nazirliyin qeyd etdiyi kimi, təkcə son 24 saat ərzində İsrailin Qəzzanı bombalaması və atəşə tutması nəticəsində 92 nəfər ölüb, 156 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top