İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 04:30 radələrində odlu silahla silahlanmış iki maskalı şəxs Arşakunyats prospektində, Şenqavit rayonunda İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin binasının yanında yerləşən “Maks Oil” yanacaqdoldurma məntəqəsinə basqın edib.
Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinin işçiləri qarşısında tələblər irəli sürsələr də, sonuncular onlara tabe olmayıb. Nəticədə, hücum edənlərdən biri atəş açıb, digər ikisi isə qaçıb. Yanacaqdoldurma məntəqəsinin iki işçisi güllə yarası alıb.
Faktla bağlı Şenqavit İstintaq Şöbəsində cinayət işi başlanıb.
Hadisə yerində məhkəmə-tibb eksperti də təhqiqat aparıb və qanlı izlər və güllə izləri aşkar edib.