Sankt-Peterburqa PUA hücumu oldu


Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoqvardeyski rayonunda yaşayış binasına PUA hücumu olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov “Telegram” kanalında məlumat verib.
Qubernatorun məlumatına görə, hadisə nəticəsində ziyan dəymiş mənzillərin sakinləri təxliyə edilib.
Piskarevski prospekti, 161 ünvanında yerləşən evdə pəncərələr sınıb, iki mərtəbənin eyvanları zədələnib.
“İki evin eyvanının şüşələri qismən zədələnib. Zərərçəkmiş mənzillərin sakinləri təxliyə edilib. Ölən və yaralanan yoxdur”, - Beqlov bildirib.
Yerli medianın məlumatına görə, Ukraynadan buraxılan PUA-nın hədəfi yaşayış binasının yaxınlığında yerləşən Ruçyi neft bazası olub.

DİGƏR XƏBƏRLƏR

Top